AZ

Yeni Vergi Məcəlləsi hazırlanır

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin iclasında Azərbaycanda gələcək dövr üçün yeni Vergi Məcəlləsi üzərində iş aparıldığını bildirib.

Bütün dəyişiklikləri özündə daha strukturlaşmış şəkildə əks etdirən, qanunvericiliyin birmənalı şəkildə tətbiqinə imkan verən daha sadə məcəllənin hazırlanıb təhvil veriləcəyini vurğulayan rəis müavini dəyişikliklərdə yerli istehsal avtobusların satışının ƏDV-dən azad edilməsi, insanların mədəniyyət müəssisələrinə ödədiyi ƏDV-nin 50 faizinin geri qaytarılması, bərpaolunan enerji layihələri ilə bağlı avadanlıqların idxalına vergi tutulmaması, dəmir yolu ilə daşınan tranzit yüklərə yol vergisinin şamil olunmaması və digər məsələlərin yer aldığını deyib.

 

Seçilən
51
xalqqazeti.az

1Mənbələr