Qarabağ Universitetində yeni korpuslar açılacaq.
Modern.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, yaxın günlərdə tədris - tibbi tədqiqat mərkəzinin binasının təmiri istiqamətində işlərə başlanılacaq.
“Artıq iki yeni korpusun tikintisində ilkin işlər görülüb. Bu yaxınlarda da iqtisadiyyat - biznes məktəbi və sosial elmlər fakültəsinin binaları hazır olacaq”,- deyə nazir qeyd edib.