AZ

Fitsodan Avropa liderlərini qıcıqlandıracaq bəyanat: SSRİ olmasaydı...

Slovakiyanın Baş naziri Robert Fitso 2025-ci il mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradında iştirak etmək niyyətindən əl çəkmədiyini təsdiqləyib.

Publika.az xəbər verir ki, Fitso bu barədə sosial şəbəkələrdə yazıb.

Baş nazir bəyan edib ki, faşizm üzərində qələbə SSRİ xalqlarının iştirakı olmadan mümkün olmayacaqdı.

“Keçmiş Sovet İttifaqı olmadan faşizm üzərində qələbə qeyri-mümkün olardı”, - Fitso deyib.

Daha əvvəl bildirilmişdi ki, Robert Fitso Rusiya Prezidenti Vladimir Putinin Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün mayın 9-da Moskvaya səfər etmək dəvətini rəsmi olaraq qəbul edib.

Seçilən
28
publika.az

1Mənbələr