AZ

Komanda yarışları start veriləcək

Bu gün cüdo üzrə Azərbaycan çempionatına yekun vurulacaq.

İdman.biz xəbər verir ki, komanda yarışları keçiriləcək.

Yarışda qadınlar arasında 7 komanda 5 çəkidə - 52 kq, 57 kq, 63 kq, 70 kq və 70 kq dərəcələrində mübarizə aparacaqlar. Kişilər arasında isə 9 komanda kubok uğrunda qüvvəsini sınayacaq. Onlar 66 kq, 73 kq, 81 kq, 90 kq və +90 kq çəki dərəcələrində tatamiyə çıxacaqlar.

Qeyd edək ki, çempionatın ilk iki günündə şəxsi yarışlarda qaliblər müəyyənləşib.

İdman.biz

Seçilən
29
idman.biz

1Mənbələr