1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Rauf Məmmədovun FIDE-nin 2024-cü ilin son reytinqindəki mövqeləri bəlli olub.
Oxu.Az xəbər verir ki, bu barədə FIDE-nin rəsmi saytında bildirilib.
Şəhriyar Məmmədyarov (2738 bal) 16-cı pillədə qərarlaşıb. Teymur Rəcəbov (2698 bal) 33-cü, Rauf Məmmədov (2656 bal) 69-cı sıradadır.
Siyahıya norveçli Maqnus Karlsen (2831 bal) başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana (2805 bal) ikinci, bu ölkənin digər şahmatçısı Hikaru Nakamura (2802 bal) üçüncüdür.
Qadınlardan Günay Məmmədzadə (2421 bal) 36-cı, Gövhər Beydullayeva (2404 bal) 43-cü, Ülviyyə Fətəliyeva (2381 bal) 67-ci, Xanım Balacayeva (2362 bal) 83-cü yerdədir.
Burada ilk üç pillədə çinli şahmatçılar - Yifan Hou (2633), Venyun Yu (2563) və Zonqyi Tan (2561) qərarlaşıblar.