Türkiyənin Kayseri vilayətində mebel fabrikində yanğın olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, fabrik birləşmiş sənaye zonasının ərazisində yaşayış massivlərindən uzaqda yerləşir.
Yanğının səbəbi hələ müəyyən edilməyib.
Yüngül metal konstruksiyalardan istifadə edilməklə tikilmiş fabrik binası yanğın nəticəsində demək olar ki, tamamilə dağılıb.
3 nəfərin öldüyü bildirilir.