AZ

ABŞ girovları azad etmək üçün HƏMAS-a qarşı sanksiyaları sərtləşdirə bilər

ABŞ prezidenti Co Baydenin administrasiyası girovları azad etmək üçün HƏMAS hərəkatına qarşı sanksiyaların sərtləşdirilməsini və digər tədbirlər görməyi planlaşdırır.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Şon Savettin şənbə günü yaydığı bəyanatda deyilir.

ABŞ və İsrail vətəndaşlığı olan Eden Alexander adlı girovun HƏMAS-ın yaydığı videomüraciətini şərh edən Ağ Ev rəsmisi prezident administrasiyasının onun ailəsi ilə əlaqə saxladığını deyib.

“Məsələ üzərində razılaşma var. Prezident Bayden və ABŞ dövləti diplomatiya və sanksiyalar, hüquq-mühafizə və digər tədbirlər vasitəsilə HƏMAS terrorçularına artan təzyiq də daxil olmaqla, vətəndaşlarımızın azad edilməsi üçün yorulmadan işləməyə davam edəcəklər”, – deyə Savett bildirib.

Seçilən
19
1
nocomment.az

2Mənbələr