Suriya Ordusu "Cəbhət ən-Nusra" qruplaşmasının minə yaxın silahlısını zərərsizləşdirib.
Bu barədə Suriyanın Radio və Televiziya Baş İdarəsi məlumat yayıb.
Qeyd edilir ki, Suriya Ordusu ilə “Cəbhət ən-Nusra” terrorçuları arasında üç gün davam edən qarşıdurma nəticəsində zərərsizləşdirilən yaraqlıların sayı minə yaxınlaşıb.
Bundan əvvəl “Cəbhət ən-Nusra” qruplaşmasının sılahlıları Hələb Dövlət Universitetinin şəhərciyi yaxınlığındakı ərazisini atəşə tutub, nəticədə 4 mülki şəxs həlak olub.
"Cebheinfo.az"