AZ

Evimizdə payız atmosferi necə yarada bilərik?

Payızın başlaması ilə evdə daha çox vaxt keçirməyə başlayacağımız hamıya məlumdur. Buna görə də, özünüz üçün rahatlıq və istirahət üçün ideal mühit yaratmaq lazımdır.

Milli.Az lent.az-a istinadən bunun üçün məşhur dizayner Yuliya Tuçinonun mənzil ilə bağlı bir sıra məsləhətlərini sizinlə bölüşür. 

Mənzilin aromatik doldurulması 

Doğru qoxular zövq alacağınız mükəmməl atmosfer yarada bilər. Darçın, sitrus, zəncəfil, berqamot, lavanda, qızılgül, paçulidən ibarət klassik qoxuları seçin. Şamlar, buxur və efir yağları aromalardan məsuldur. Diqqət etməli olduğunuz təbii vasitələrdir.

Yorğan

Rahat yorğan dəsti seçmək və hələ vaxt varkən onları qaydasına salmağa dəyər. Siz həmçinin yeni keyfiyyətli, sevəcəyiniz yorğanlar almaqla payız dəstlərinizi yeniləyə bilərsiniz.

Payız çiçək kompozisiyaları

Payızda qurudulmuş çiçəklərdən, payız çiçəklərindən, möhtəşəm budaqlardan və otlardan ibarət heyrətamiz buketlər yaradaraq özünüzü florist hesab edə bilərsiniz. Evdə çox qəşəng ab-hava yaradıb, bundan zövq alacaqsınız. 

Fincan kolleksiyası

Payızı qəhvə və çaysız təsəvvür etmək çətindir. Buna görə dəstlər və fincanlar kolleksiyanızı dəyərləndirin. Bunun üçün özünüzə yeni-yeni fincanlar, stəkanlar almağa çalışın. Üzərində payızı xatırladan simvolların olması məsləhətdir.

Milli.Az 

Seçilən
58
1
milli.az

2Mənbələr