AZ

Avropa İttifaqından Ukraynaya 1 ayda 4.2 milyardlıq yardım vədi

Avropa İttifaqı (Aİ) Ukraynaya dekabr ayında 4,2 milyard avro büdcə yardımı ayıracağını vəd edib. 

Valyuta.Az "TASS"a istinadən xəbər verir ki, bu barədə Avropa Şurasının yeni rəhbəri Antoniu Kosta (António Costa) məlumat verib.

Kosta əlavə edib ki, 2025-ci ilin yanvarından etibarən Aİ, G7-nin kredit proqramı çərçivəsində Ukraynanı iqtisadi islahatlara qarşılıq olaraq aylıq 1,5 milyard avro maliyyələşdirəcək. Avropa Şurasının rəhbəri Ukraynanı Aİ-də "salamlamağa" hazır olduqlarını vurğulayıb, lakin bunun nə vaxt baş verəcəyini dəqiq açıqlamayıb. O, qeyd edib ki, üzvlük prosesi islahatların nəticələrinə əsaslanacaq.  

Bundan əvvəl Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas (Kaja Kallas) Avropa hərbçilərinin Ukraynaya göndərilməsi ehtimalını müzakirə etmişdi. Onun sözlərinə görə, strateji məsələlərdə heç nəyi istisna etmək və qeyri-müəyyənlik yaratmaq olmaz.  

Rəhim

Seçilən
19
valyuta.az

1Mənbələr