“ABŞ nüvə silahının Ukraynaya ötürülməsi imkanlarını nəzərdən keçirmir”.
“İki sahil” xəbər verir ki, bunu ABC telekanalının efirində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.
“Buna baxılmır, yox. Biz Ukraynaya müxtəlif növ adi silahlar göndəririk onlar özünü effektiv şəkildə müdafiə etsin və Rusiya ilə döyüşə bilsinlər, lakin nüvə imkanları ilə deyil”, - o bildirib.