Bir neçə gündür “Heyət Təhrir əş-Şam” qruplaşmasının hücumu və onlarla kəndi, o cümlədən İdlib və Hələbi nəzarətə götürməsinin ardından Türkiyənin aktiv şəkildə dəstəklədiyi Azad Suriya Ordusu (Suriya Milli Ordusu) hərəkətə keçib.
Axar.az xəbər verir ki, ötən gündən PKK/YPG terror təşkilatına qarşı “Azadlıq Şəfəqi” adlı əməliyyata başlayan ASO bu gün ilk uğurunu qazanıb.
Teleqram kanallarında yayılan məlumata görə, ASO artıq Tel-Rifat şəhərinin mərkəzinə girib.