İran Prezidenti Məsud Pezeşkian müsəlman dövlətlər Suriya böhranı ilə bağlı addım atmağa və ABŞ və İsrailin vəziyyətdən istifadə etməsinə imkan verməməyə çağırıb.
QAZÍLER.AZ Axar.az-a istinaden xəbər verir ki, bu barədə Pezeşkian İran parlamentində bugünkü çıxışında bildirib.
Təkfirçi terrorçuların Suriya torpaqlarına təcavüzünün ABŞ və Avropa ölkələri tərəfindən dəstəkləndiyini vurğulayan Pezeşkian deyib:
“Bu hərəkətlər Amerika və Avropa silahlarından istifadə etməklə həyata keçirilir. Ümid edirik ki, müsəlman ölkələr müdaxilə edəcək və Amerika və İsrailin Suriyadakı bu daxili münaqişədən sui-istifadə etməsinə mane olacaqlar”.
Qeyd edək ki, “Təhrir əş-Şam” qruplaşması İdlib və Hələbi ələ keçirib, Hənaya hücuma başlayıb.