Bu gün Misli Premyer Liqasında "Qarabağ" "Neftçi"nin qonağı olub.
Ucnoqta.az xəbər verir ki, saat 19:00-da “Neftçi Arena"da start götürən matç "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb. FİFA referisi Əliyar Ağayevin idarə etdiyi oyunda köhlən atlar ağ-qaraların qapısından 3 cavabsız top keçiriblər.
Ağdam klubu bu qələbə nəticəsində "Araz-Naxçıvan"ı geridə qoyaraq yenidən liderliyə yüksəlib.
1 dekabr (bazar)
19:00. “Neftçi” – “Qarabağ” - 0:3
Qol: Leandro Andrade, 27, Nəriman Axundzadə, 53, Leandro Andrade, 55
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirli, Elçin Məsiyev
VAR: Kamal Umudlu
AVAR: Elşad Abdullayev