AZ

Gürcüstandan son GÖRÜNTÜLƏR: Polis HƏRƏKƏTƏ KEÇDİ - VİDEO

Gürcüstan parlamentinin binasının qarşısında su şırnaqları və polis qüvvələri səfərbər edilib.

Musavat.com “Sputnik-Gürcüstan”a istinadən xəbər verir ki, bu gün xüsusi təyinatlılar parlament binasını mühafizə etməyə başlayıb.

Bildirilir ki, hüquq-mühafizə orqanları etirazçılara parlamentin ön girişinə yaxınlaşmağa imkan vermir. Etirazçılar son günlər təhlükəsizlik kameralarını və pəncərələri sındırdıqları üçün, hüquq-mühafizə qüvvələri onların bu əraziyə yaxınlaşmasına mane olub. Müxalifət tərəfdarları isə xüsusi təyinatlıların ən kiçik bir hərəkətindən dərhal qaçırlar.

Son məlumatlara görə, parlament binası yaxınlığındakı Azadlıq meydanında su şırnaqları hazır vəziyyətdədir.

Musavat.com

Seçilən
1
38
musavat.com

10Mənbələr