AZ

Tiflis yenə qaynayır: Avropayönümlü müxalifətin üsyanı davam edir - VİDEOLAR

Gürcüstanda etiraz aksiyaları yenidən alovlanıb.

Musavat.com xəbər verir ki, ölkənin paytaxtı Tiflisdə, parlament binası qarşısında toplaşan avropayönümlü müxalifətçilər hökumətə qarşı sərt tələblərlə çıxış edirlər.

Eyni zamanda, Batumi, Poti və Kutaisi kimi iri şəhərlərdə də genişmiqyaslı aksiyalar keçirilir.

Tiflisdə vəziyyət xüsusilə gərginləşib. Polis yenidən su şırnaqlarından istifadə edərək aksiya iştirakçılarını dağıtmağa çalışıb.

Etirazçılar isə buna cavab olaraq petardalar, daşlar və zibilləri polis kordonuna atıblar.

Aksiyaların əsas səbəbi hökumətin qərblə inteqrasiyanı 2028-ci ilə qədər bloklaması və avropayönümlü siyasi kursa mane olmaq cəhdləri ilə izah edilir. Müxalifət liderləri üzdə Gürcüstanın Avropa Birliyinə inteqrasiya yolunda daha qətiyyətli addımlar atılmasını tələb edirlər. Lakin hakimiyyət nümayəndələri bu aksiyaları ölkədə sabitliyi pozmağa yönəlmiş siyasi manipulyasiya adlandırır.

Tiflisdəki qarşıdurmaların hələ uzun müddət davam edəcəyi gözlənilir. Gürcüstan cəmiyyəti isə ölkənin gələcək siyasi kursu ilə bağlı dərin bölünmə içindədir. Bugünkü hadisələr göstərir ki, “kim kimi” savaşı Gürcüstanın siyasi səhnəsində hələ uzun müddət davam edəcək.

Musavat.com

Seçilən
17
musavat.com

1Mənbələr