1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Son aylarda Azərbaycan və Ermənistan ərazi mübahisəsinə son qoymaq və münasibətləri normallaşdırmaq üçün davam edən səyləri çərçivəsində böyük sülh sazişinin imzalanmasına getdikcə yaxınlaşırlar".
Oxu.Az xəbər verir ki, bu barədə Ceymstaun Fondunun sabiq prezidenti Qlen Hovard Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla hazırladığı podkastında danışıb.
Bildirilib ki, iki ölkə arasında həyata keçirilən, Cənubi Qafqazda sülhün bərqərar olması perspektivlərini əhəmiyyətli dərəcədə yaxşılaşdıran bir sıra mühüm etimad quruculuğu tədbirləri sayəsində sülh perspektivləri yaxşılaşmağa davam edir.
"Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla danışıqlarda nəzərəçarpacaq nəticələr əldə edildiyini, Ermənistan baş naziri Nikol Paşinyan isə bu ilin sonuna qədər Azərbaycanla müqavilə imzalamaq üçün əlindən gələni edəcəyini bildirib.
Gələn ilin əvvəlində ABŞ-nin yeni administrasiyasının ölkənin xarici siyasətinin sükanı arxasına keçməsi fonunda Azərbaycan Xəzər regionunda mühüm rol oynamağa davam edir və yeni seçilmiş prezident Donald Trampın İlham Əliyevlə bu həftənin əvvəlində baş tutmuş danışığından sonra yeni administrasiyanın radarında strateji əhəmiyyətli ölkə olaraq qalır", - materialda qeyd olunub.
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Əmirbəyov davam edən danışıqlarda son hadisələrə aydınlıq gətirib və Azərbaycanın Ermənistanla münasibətlərin normallaşması istiqamətində uzun səfərini araşdırıb.