AZ

Aİ və Avropa Şurasının yeni rəhbər heyəti Kiyevdə

Avropa Şurasının rəhbəri Antoniu Koşta, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas və Aİ-nin genişlənmə üzrə yeni komissarı Marta Kos yeni vəzifədə ilk dəfə Ukraynaya səfər ediblər.

 

Bu barədə Kallas və Koştanın “X” sosial şəbəkəsindəki rəsmi hesablarında bildirilib.

 

“Deutsche Welle”nin məlumatına görə, onlar Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməyi planlaşdırırlar.

 

"Vəzifəyə gəldikdən sonra ilk səfərimdə ismarışım budur: Aİ Ukraynanın bu müharibədə qalib gəlməsini istəyir", - Kallas yazıb.

 

Xatırladaq ki, noyabrın 27-də Avropa Parlamenti bu gün rəsmi olaraq işə başlayan Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib.

Seçilən
2
5
senzor.az

6Mənbələr