Gürcüstanın paytaxtı Tbilisi şəhərində ölkə parlamentinin binası qarşısında keçirilən etiraz aksiyasının iştirakçıları yenidən ali qanunverici orqanın pəncərələrinə və polisə pirotexniki vasitələr və daşlar atmağa başlayıblar.
Viral.az “Report”a istinadən xəbər verir ki, daş zərbələrindən özlərini qalxanlarla qoruyan Daxili İşlər Nazirliyinin əməkdaşları aqressiv gənclərin binanın divarlarına yaxınlaşmasının qarşısını almağa çalışırlar.
Vaxtaşırı polis yaxınlaşan etirazçılara su səpmək üçün yanğın şlanqından istifadə edir.
Son Yazılar:
- Gürcüstanda vəziyyət gərginləşir – Etirazçılar polisə daş atdılar
- Bu şəxs ABŞ-nin Yaxın Şərq üzrə müşaviri OLACAQ
- Bəşər Əsəd özü buna şərait yaratdı
Bu anlarda parlament binasına bitişik küçələrə Daxili İşlər Nazirliyinin polis və xüsusi təyinatlı dəstələri səfərbər edilib. Etirazçılar mütəmadi olaraq polisi təhqir edirlər.