AZ

Körfəz ölkələri BƏƏ-də birgə hərbi təlimlər keçirəcək

Bakı. Trend:

Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv dövlətlər 2026-cı ildəBirləşmiş Ərəb Əmirliklərində (BƏƏ) "Ada Qalxanı" adlı birgə hərbitəlimlər keçirməyə razılaşıb.

Trend xəbər verirki, bu barədə KƏŞ-in baş katibi Casim Məhəmməd əl-Budaivi məlumatyayıb.

“2024-cü ildə Körfəz ölkələri hərbi əməkdaşlığı gücləndirməkməqsədilə müxtəlif komitələrin iclaslarını keçirib və bir neçəbirgə təlim üzərində işləyiblər. Bu çərçivədə 2026-cı ildə BƏƏ-dəkeçiriləcək “Ada Qalxanı” təliminə dair razılığa gəldik”, – deyəbaş katib bildirib.

Qeyd edək ki, bundan öncə Küveytdə keçirilən KƏŞ sammitindəQətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani və Səudiyyə Ərəbistanınınvəliəhdi, baş nazir Məhəmməd bin Salman Əl Səud iştirak ediblər.Sammitin sonunda qəbul edilən bəyannamədə Körfəz ölkələri Qəzzazolağında münaqişənin dayandırılmasına və Livanda atəşkəs rejiminintətbiqinə dəstək verdiklərini bəyan ediblər.

Seçilən
24
2
az.trend.az

3Mənbələr