AZ

Günün ULDUZ FALI

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Qoç - günün ilk yarısında məhsuldar çalışın. Əməyiniz bəhrəsini verəcək. Gəlir əldə etmək üçün inadkar və qətiyyətli olmalısınız. Tələbələr, şagirdlər, mühəndislər, kommersantlar, memarlar üçün yaxşı gündür.

Günün ikinci yarısında tərəfdaş və ya şəriklə danışıqlarınız uğurlu olacaq.

Şəxsi həyatınızda hisslər tarıma çəkilməməlidir. Yeni macəralar aramayın. Dostluq münasibətləri ilə hisslər arasında dəqiq sərhədi müəyyənləşdirin. Sevdiyiniz insana qısqanclıq üçün heç bir səbəb verməyin.

Buğa - günün ilk yarısı sakit və rəvan olacaq. Lakin saatlar keçdikcə ekstravaqanat, qeyri-adi qərarlar qəbul edəcək situasiyalar yaşanacaq. Qərarlarınız və fəaliyyətiniz dəqiq bəlirlənmiş istiqamətdə olmalıdır. Belədə özünüzlə bahəm, ətrafınızdakı insanlar da gəlir əldə edəcəklər.

Günün ikinci yarısınla dostlar və tanışlar planlarınızla niyyətlərinizi dəstəkləyəcəklər.

Yaxınlarınızla münasibətlərinizi gərməyin. Ailədə qarşılıqlı iradlar və emosional açıqlamalar kritik vəziyyət yarada bilər. Soyuqqanlı, təmkinli davranın.

Sevdiyiniz insanla münasibətləri qorumaq üçün aktiv olun.

Əkizlər - səhər saatlarından etibarən mühüm görüşə can atmayın. Önəmli danışıqlar və ya müzakirələr üçün əlverişli zaman deyil. Amma saatlar keçdikcə müsbət təmayüllərin təsiri artacaq. Bilik və bacarıqlarınızı peşəkar səviyyədə nümayiş edin.

Günün ikinci yarısında qeyri-standart qərarlar qəbul edə bilərsiniz. Ailə üzvləri ilə qayğıkeş olun. Məişət problemlərinin sayı artacaq. Subaysınızsa, axşam saatlarında maraqlı görüşlər olacaq.

Xərçəng - rutin işlər sizi bezdirə bilər. Narahat olmayın, saatlar keçdikcə situasiya dəyişəcək. Sizi sürpriz gözləyir. Maliyyə məsələlərinin həlli üçün əlverişli zaman deyil. Mühüm qərarların qəbulunu ertələyin.

Günün ikinci yarısında mütəxəssislərin, işə bələd olan insanların məsləhətlərinə qulaq asın. Alış-verişə yollanmaq olar.

Yaxınlarınız sizi dəstəkləyəcəklər və kömək edəcəklər. Buna cavab olaraq sayğılı davransanız, ailədəki münasibətlər möhkəmlənəcək.

Şir - günün ilk yarısında sakit və rəvan vəziyyət saatlar keçdikcə gərginləşəcək. Situasiyadan asılı olaraq sürətli, təcili qərarlar qəbul etməli olacaqsınız. Qayğılar və problemlər nəticəsində başağrısı, güclü yorğunluq hissi yarana bilər.

Günün ikinci yarısında hiperfəallığa can atmayın.

Yaxınlarınızla təmaslarda diqqətli, qayğıkeş olun. Sakit şəraitdə çalışın. Bəxtəvərlik və xoşbəxtlik arayırsınızsa, maraqlandığınız insandan xoş sözlər eşidəcəksiniz.

Qız - ünsiyyət, problemlərin müzakirəsi, informasiya mübadiləsi və məlumatların nəzərdən keçirilməsi üçün pis zaman deyil. Yaxın ətrafınızdakı insanlardan biri bilavasitə peşəkar fəaliyyətinizlə bağlı olmayan məsələyə görə sizdən yardım istəyəcək.

Günün ikinci yarısında çay gəlməmiş çirmənməyin. Tələsik addımlar və düşünülməmiş qərarların çox pis fəsadları ola bilər.

Ailə qayğılarını sürətlə çözmək mümkündür. Çətinlikləri həll etdikcə həzz alacaqsınız. Uşaqlar və yaşlı qohumlarla təmaslar üçün yaxşı zamandır.

Axşam saatlarını dostlarla keçirin.

Tərəzi - heç bir plan və ya niyyət qəfil dəiyşikliklərdən sığortalanmayıb. Əndişəyə qapılmayın. Saatlar keçdikcə problemləri həll edə bilərsiniz.

Başladığınız işi yarımçıq qoymayın.

Günün ikinci yarısında ağır situasiya yaranacaq. Dostlarınızdan birinin probleminin çözülməsində fəal iştirakınız tələb olunur.

Seçilən
7
3
publika.az

4Mənbələr