AZ

Estoniya Xarici İşlər Nazirliyinin rəhbəri Gürcüstanda etirazları yatıranları sanksiyalarla hədələyib

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna Gürcüstanda etirazları yatıranları sanksiyalarla hədələyib.

“Üç Baltikyanı ölkə Gürcüstanda qanuni etirazları yatıranlara qarşı milli sanksiyaların tətbiqi barədə birgə razılığa gəliblər” dedi.

Söhbət Latviya, Litva və Estoniyadan gedir.

Daha əvvəl bildirilmişdi ki, Tbilisidə etirazçılar polis əməkdaşlarına daş atmağa və təhlükəsizlik qüvvələrinə qarşı pirotexniki vasitələrdən istifadə etməyə başlayıblar.

Təhlükəsizlik qüvvələri təxribatçılara qarşı su şırnaqlarından istifadə edib.

DOĞRU.AZ

Seçilən
41
dogru.az

1Mənbələr