Premyer Liqada Azərbaycan derbisi keçirilib.
Sportinfo.az xəbər verir ki, 15-ci turun 3-cü oyun günündə son çempion "Qarabağ" hazırda 8-ci pillədə qərarlaşan "Neftçi"nin qonağı olub.
Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunu azərbaycanlı FİFA referisi Əliyar Ağayev idarə edib.
Beləliklə, "Qarabağ" bu qələbədən sonra "Araz-Naxçıvan"ı qabaqlayaraq 37 xalla 1-ci yerə yüksəlib. "Neftçi" isə 13 xalla 8-ci yerdədir.
"Neftçi” – “Qarabağ” 0:3