İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları İrandan gələn təyyarəni Suriya səmasında marşrutunu dəyişməyə məcbur edib.
Axar.az xəbər verir ki, bu iddia ilə “Tayms of İsrael” nəşri çıxış edib.
Bildirilib ki, insident dekabrın 1-nə keçən gecə Suriya səmasında baş verib. Belə ki, İsrail tərəfi İrandan uçan təyyarənin göyərtəsində Hizbullah üçün nəzərdə tutulmuş silahların olmasından şübhələnib.
Buna görə də İsrail qırıcıları Suriya səmasında uçan İran təyyarəsinə yaxınlaşaraq ona dönməyi əmr edib. Nəşr qeyd edir ki, təyyarənin heyəti tezliklə bu göstərişə əməl edib.