AZ

Suriyada müxaliflər hava limanını ələ keçirib

Suriyada müxalif qüvvələr, İdlib və Hələb bölgələrini keçərək Həmaya doğru irəliləyirlər.

“İki sahil”in “Haber Global”a istinadən verdiyi məlumatına görə, müxalif Suriya Milli Ordusu (SMO) PKK/YPG-nin Təl-Rifat-Mənbic dəhlizini bağlamaq məqsədilə "Azadlıq Şəfəqi" əməliyyatını həyata keçirir. SMO əsgərləri Təl-Rifat şəhərinə daxil olaraq nəzarəti ələ keçiriblər. Əlavə olaraq, strateji əhəmiyyətə malik olan Menağ Hava Limanı da müxaliflərin nəzarətinə keçib. Bu hadisələr bölgədə güc balansını müxalifətin xeyrinə dəyişir.

Digər tərəfdən, Rusiya döyüş təyyarələri Hələb və İdlibi bombardman edərək silahlıların irəliləyişini dayandırmağa çalışırlar. 2020-ci ildə hökumət qüvvələrinin hücumlarından sonra müxalifət qüvvələri Həmanın şimalındakı ərazilərdən geri çəkilmişdi. İndi isə Astana razılaşması çərçivəsində bu torpaqlara nəzarəti geri alırlar.

Seçilən
9
2
ikisahil.az

10Mənbələr