Fransızəsilli danimarkalı aktyor, rejissor və yazıçı Nils Arestrup 75 yaşında Paris yaxınlığındakı evində vəfat edib.
seher.media xəbər verir ki, bu barədə "Frontières" jurnalı mərhum sənətçinin həyat yoldaşının paylaşımına istinadən məlumat yayıb.
2006-cı ildə aktyor rejissor Jak Odiarın çəkdiyi "Ürəyimin döyüntüsü dayandı" filmində "Ən yaxşı köməkçi aktyor" nominasiyasında Fransa milli film mükafatını alıb. 2010-cu ildə "Peyğəmbər" filmindəki, 2014-cü ildə isə"Orse bulvarı" filmindəki rollarına görə eyni mükafata layiq görülüb.
O, Stiven Spilberqin "Müharibə atı" (2011) filmindəki rolu ilə də yadda qalıb.