AZ

Pakistan altı ölkənin spikerlərinin görüşünü Rusiyada keçirməyi təklif edir

Bakı. Trend:

Pakistan Milli Assambleyasının spikeri Sərdar Ayaz Sadiq altıölkənin – Əfqanıstan, İran, Çin, Rusiya, Pakistan və Türkiyəninparlament rəhbərlərinin terrorizmlə mübarizə və regionaləməkdaşlığın gücləndirilməsi üzrə növbəti konfransının Rusiyadakeçirilməsini təklif edib.

Trend xəbər verirki, Sərdar Ayaz Sadiq bu təklifi “TASS”a müsahibəsində səsləndirib.O, 2017-ci ildə Pakistanda bu formatda ilk konfransın keçirildiyinixatırladıb:
"Məhz o zaman biz müxtəlif məsələlərlə bağlı razılaşmalara imzaatdıq. Əsas məqsədimiz bölgədə terrorizmlə mübarizə aparmaq vətəhlükəsizliyi təmin etməkdir."

Sadiq qeyd edib ki, bu format 2018-ci ildə Türkiyədə, 2019-cuildə isə İranda davam etdirilib. O, həmin konfranslara da dəvətolunub, lakin o zaman parlament spikeri deyil, deputat olub:
"Bu təşəbbüsü ilk dəfə 2015-ci ildə irəli sürdüm. 2017-ci ildənəhayət, bütün tərəfləri danışıqlar masasına əyləşdirməyə nailoldum."

Gözlənilir ki, Rusiya bu konfransa ev sahibliyi edərsə, regionaltəhlükəsizlik və əməkdaşlıq məsələlərində yeni razılaşmalar əldəedilə bilər.

Seçilən
48
az.trend.az

1Mənbələr