1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"31 ildən sonra doğma yurdumuza geri qayıdırıq. Çox gözəl hisslər yaşayırıq".
Bu sözləri Oxu.Az-a açıqlamasında Cəbrayıl sakini Nurəddin Hüseynov deyib.
"Bu günü bizə bəxş edən Prezident, Ali Baş komandan İlham Əliyevə təşəkkür edir, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı diləyirəm. 25 yaşımda Cəbrayıldan çıxmışdım, 56 yaşımda geri dönürəm. Valideynlərimlə birlikdə qaçqın düşmüşdüm, indi övladlarımla birgə geri qayıdıram", - deyə Cəbrayıl sakini əlavə edib.
Xatırladaq ki, bu gün daha 34 ailə doğma Cəbrayıl şəhərinə yola düşür.
Mərahim Nəsib