1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Müğənni Adel Hollivuddakı məyusluqdan sonra Londonda mülk almaq istəyir.
Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Məlumata görə, Adel işçilərindən ona İngiltərənin paytaxtında "gözəl və təhlükəsiz" ev tapmağı xahiş edib.
Eyni zamanda, müğənni Los-Ancelesdəki malikanəsini satmaq fikrində deyil.
Bildirilir ki, Adel Ledi Qaqanın yolu ilə getmək və Hollivudda filmlərə çəkilmək istəyib. Lakin bir müddət Los-Ancelesdə qalsa da, Hollivuddan müvafiq təklif almayıb.