Ağ Evin hazırkı sahibi Cozef Baydenin öz oğlunu əfv etmək qərarı okeanın o tayında etirazlarla qarşılanıb. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp da hadisəyə biganə qalmayıb. D.Tramp C. Baydenin oğlu Hanteri əfv etmək qərarının sui-istifadənin və ədalətin pozulmasının bariz nümunəsi olduğu fikrini bildirib. Bu barədə Tramp “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Tramp 6 yanvar 2021-ci ildə Kapitoliyə hücum edən və illərdir həbsdə olan şəxslərin əfv siyahısında olub-olmadığını sual edib. O qeyd edib ki, bu cür davranış açıq-aşkar sui-istifadə və ədalətin pozulmasıdır.
Mətləb Salahov