AZ

Əsəd rejiminin çıxdığı yerləri onlar tutur -

Xəbər verdiyimiz kimi, Suriya rejimi müxalif qrupların (Suriya Milli Ordusunun) hücumları qarşısında bəzi ərazilərdən geri çəkilməyə məcbur olub.Əsəd rejimi geri çəkilərkən nəzarətindəki bir çox bölgəni PKK/YPG terror təşkilatına təhvil verib. Metbuat.az xəbər verir ki, bu barədə Türkiyənin "Hurriyyet" nəşri məlumat yayıb.
Məlumata görə, fürsətdən istifadə edən PKK/YPG Fəratın qərbində terror dəhlizi yaratmaq üçün cəhdlərə başlasa da, Suriya Milli Ordusu (SMO) bu planları pozub. SMO-nun "Azadlıq Şəfəqi" əməliyyatı çərçivəsində Tel Rıfatı mühasirəyə alması PKK/YPG-ni çətin vəziyyətə salıb. Tel Rıfatın ətrafında intensiv döyüşlər gedir.

SMO-nun irəliləyişi ilə bölgədə PKK/YPG-yə aid silahlar və tunellər aşkar edilib. SMO həmçinin Kuveyris Hərbi Hava Limanını da nəzarət altına alıb.

Seçilən
3
1
metbuat.az

2Mənbələr