Bakı. Trend:
Noyabrın 30-da və dekabrın 1-də polis əməkdaşları paytaxt vərespublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 4 tapança, 1qumbaraatan, 1 qumbara, 1 alışdırıcı, 6 tüfəng, 25 patron darağı və603 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Trend xəbər verir ki, bu barədə Daxili İşlərNazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindənqanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsiistiqamətində əməliyyat və profilaktik tədbirlər davametdirilir.