AZ

Suriyada son vəziyyət necədir? - Gərginlik pikk həddə

Suriyada dörd ildən sonra gərginlik artıb və son dörd gündür Bəşər Əsədə qarşı silahlı qruplar Hələb və İdlibdən sonra Həma şəhərinin mərkəzinə doğru irəliləyir.

Turkustan.az xəbər verir ki, Əsəd administrasiyası və Rusiya döyüş təyyarələrinin İdlib şəhər mərkəzinə endirdiyi hava zərbələri nəticəsində 16 dinc sakin həlak olub. Rusiyaya məxsus döyüş təyyarələri Suriyanın Hələb şəhərinin mərkəzindəki Hələb Universiteti Xəstəxanasına hava hücumu həyata keçirib. PKK/YPG-nin Təl-Rıfat-Mənbic dəhlizinin qarşısını almaq üçün başlatdığı “Azadlıq Şəfəqi” əməliyyatında Suriya Milli Ordusu (SMO) bütün Tel Rıfat rayon mərkəzinə hakim olsa da, kənar hissələrdə irəliləməyə davam edir.

SMO, strateji əhəmiyyətli Minnığ Hava Limanını ələ keçirdi. Rusiya təyyarələri Hələb şəhər mərkəzinin əsas meydanı Sadallah Əl-Cabiriyə hücum edib. Suriya Müvəqqəti Hökumətinin Baş naziri Əbdürrəhman Mustafa: “PKK-ya verilən yerləri aldıq” - deyib.

Bidlirək ki, Suriyanın ikinci böyük şəhəri Hələb dörd ildən sonra silahlı müxalif qrupların hücumları ilə üzləşir. Dörd il sonra gərginliyin artdığı Suriyada Bəşər Əsəd və müxalif qruplar üz-üzə gəlir.

Rayonun şimal-qərb, şimal-şərq, şərq və cənub cəbhə xəttində Tel-Rifatda məskunlaşan terrorçularla qarşıdurmaları davam etdirən SMO qüvvələri Təl-Rıfatın qərbindəki Deyr Camaldana daxil olaraq rayon mərkəzindəki meydana gəlib.

Tel Rifatın çöl hissələrində qarşıdurmalar davam edir. Tel Rıfat və ətraf yaşayış məntəqələrində terror təşkilatının sıxışdırdığı çoxlu mina aşkar edilib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
18
turkustan.az

1Mənbələr