AZ

“Azercell” ahıllar üçün kibertəhlükəsizlik mövzusunda təlim keçdi

Lider mobil operator yaşlı nəslin nümayəndələri arasında rəqəmsal savadlılığın artırılmasına töhfə verir

“Azercell Telekom” MMC cəmiyyətin həssas qruplarının rəqəmsal savadlılığının artırılmasına yönəlmiş təşəbbüslərini həyata keçirməyə davam edir. Yaşlı nəslin nümayəndələrinin kibercinayətkarların əsas hədəf kütləsindən biri olduğunu nəzərə alan lider mobil operator sosial xidmət müəssisəsinin sakinləri üçün xüsusi təlim təşkil edib.

“Azercell”in İnformasiya Təhlükəsizliyi departamentinin əməkdaşlarının keçdiyi təlim yaşlı nəslin nümayəndələrini kiberdələduzluq, fişinq hücumları barədə məlumatlandırmaq məqsədi daşıyırdı. Təlim çərçivəsində ahıllar kiberdələduzların istifadə etdiyi müxtəlif vasitələr, gündəmdə olan kiberhücumlar və onlardan qorunma yolları ilə tanış oldular. Tədbir sual-cavab sessiyası ilə davam etdi.

“Azercell Könüllüləri”nin iştirakı ilə baş tutan tədbirdə təlim iştirakçılarına xüsusi hədiyyələr də təqdim edildi.

Xatırladaq ki, “Azercell” cəmiyyətin həssas təbəqəsi hesab edilən uşaqların da virtual məkanda təhlükəsizliyinin təmin edilməsi üçün təlimlər keçirir və bu istiqamətdə fəaliyyətini uğurla genişləndirir.

Daha ətraflı məlumat üçün: https://www.azercell.com/az/

image-5d30debe-c3cd-31bf-8704-b5cfb58e534a image-e8eeb6f8-4ed9-3b74-84c7-0b8e910ad214 image-5a1a0403-9a13-33d5-ab49-f5f5b4c62feb

Seçilən
21
11
busaat.az

10Mənbələr