Berbok qeyd edib ki, Almaniyanın təhlükəsizliyi qlobal sabitliklə sıx bağlıdır, buna görə də, müxtəlif baxışlara sahib ölkələrlə belə dialoq və diplomatik səylər xüsusi əhəmiyyət kəsb edir. O, vurğulayıb ki, Almaniyanın dəyərlərini və maraqlarını qorumaq üçün qarşıdurmadan daha faydalı olan əməkdaşlıq ideyasını ardıcıl şəkildə müdafiə etmək vacibdir.
Eyni zamanda, nazir, Çinlə Rusiyanın tərəfdaşlığının Avropanın maraqları ilə ziddiyyət təşkil etdiyini qeyd edib.
Bundan əlavə, Çinlə bağlı məlum olub ki, Pekin, Rusiyanın üzləşdiyi qərb sanksiyalarına qarşı mübarizə üsullarını araşdırır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31