AZ

Ermənistanda zəlzələ baş verib

Ermənistan Seysmik Mühafizə Xidməti ölkə ərazisində saat 08:38-də 3,4 bal gücündə zəlzələ qeydə alıb.

NOCOMMENT.az-ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin Mətbuat Xidməti məlumat verib.

Qeyd olunur ki, yeraltı təkanların episentri Lori vilayətinin Stepanavan şəhərindən 11 kilometr cənub-qərbdə və 10 km dərinlikdə yerləşib. Episentrdə yeraltı təkanların gücü 4-5 bal təşkil edib.

Zəlzələ Stepanavan və Taşir şəhərlərində, eləcə də respublikanın Lori rayonunun Metsavan, Katnarat və Privolnoye kəndlərində hiss olunub.

Seçilən
4
13
nocomment.az

10Mənbələr