AZ

Gürcüstanda partiya sədri saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları Tbilisidə müxalif “Qirçi - Daha Azadlıq” partiyasının sədri Zurab Caparidzeni saxlayıblar. Bu barədə “Mtavari Arkhi” telekanalı məlumat yayıb.

Caparidze ötən gecə parlament binası yaxınlığında etiraz aksiyası dağıdılandan sonra bir neçə həmkarı ilə birlikdə qaldığı Vake rayonunda saxlanılıb. Müxalifətçinin hansı ittihamla saxlanıldığı açıqlanmır. Daxili İşlər Nazirliyi hələlik rəsmi məlumat verməyib.

Seçilən
27
5
herbiand.az

7Mənbələr