AZ

NATO qoşunları Rusiya yaxınlığında: Üç ölkənin planı açıqlandı

NATO Estoniyanın Rusiya sərhədlərinə yaxın bölgəsində iki həftə davam edəcək genişmiqyaslı “Pikne” adlı təlimlərə başlayır.

Teleqraf.com xəbər verir ki, bu gündən başlayacaq təlimlər barədə Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məqsəd alyansın qoşunlarının daşınması və hərbi əməkdaşlıq planının yoxlanmasıdır.

Təlimlər zamanı Fransa, Böyük Britaniya və Estoniya qüvvələrinin sürətli daşınması məşqi ediləcək.

Təlimlər çərçivəsində Fransa ordusunun bölmələri Estoniyaya quru və hava yolu ilə qüvvələrin daşınması əməliyyatlarını həyata keçirəcək, daha sonra isə Britaniya və Estoniya bölmələri ilə birlikdə qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üzrə manevrlər edəcəklər.


Müəllif: Qənirə Süleymanova
Seçilən
29
teleqraf.com

1Mənbələr