Talibanın Milli Ekologiya İdarəsinin rəisi Mətiul Həqq Xalis Kabildə keçirdiyi mətbuat konfransında bildirib ki, Bakıda keçirilən COP29 Konfransında Əfqanıstanın hazırkı vəziyyətinin aydın mənzərəsi dünyaya təqdim edilib.
KONKRET.az “Azad İran”a istinadən xəbər verir ki, Taliban rəsmisinin sözlərinə görə, Əfqanıstandan olan nümayəndə heyətinin Azərbaycanda keçirilən sammitdə iştirakı böyük uğur idi.
Qeyd olunub ki, Talibanın nümayəndə heyətinin bu konfransa qatılması Əfqanıstanın iqlim dəyişikliyinə görə ən həssas ölkələrdən biri kimi tanınması baxımından əhəmiyyətli olub.
Məlik,
KONKRET.az