ABŞ prezidenti Co Bayden bazar günü oğlu Hunter Baydeni əfv etdiyini açıqlayıb. O, bu ay silah alveri və vergidən yayınma ilə bağlı cinayətlərə görə məhkum edilməli idi.
Bu barədə Ağ Evin saytı və CNN telekanalı məlumat yayıb.
"Bu gün oğlum Hunter üçün əfv fərmanı imzaladım. Vəzifəyə gəldiyim gündən Ədliyyə Departamentinin qərarlarına qarışmayacağımı dedim və oğlumun seçmə və ədalətsiz təqiblərə məruz qalmasını seyr edərkən belə, sözümü tutdum. ”, - deyə məlumatda bildirilir.
Qərara cavab olaraq Hanter Bayden əfvdən sonra həyatını narkomaniyadan əziyyət çəkən insanlara kömək etməyə həsr edəcəyini bildirib.
Oxuməni.az