"Təşəbbüs qrupunun işinin əhəmiyyəti olduqca vacibdir". SİA xəbər verir ki, bu sözləri komitə iclasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.
Onun sözlərinə görə, bu prosesdə gənclərin də iştirakı önəmlidir: "Müxtəlif ictimai birliklər tərkibində, beynəlxalq platformalar əsasında dəstək verirlər. Azərbaycanı könüllü tərk edən ermənilərdən də Azərbaycana qarşı istifadə etməyə çalışırlar. İcma beynəlxalq platformalarda iştirak edir. Nə qədər ki, gənclər prosesdə aktiv iştirak edəcəklər bizim həqiqətlərə çatmağımız o qədər asan olacaq. Gənclər sosial şəbəkələri daha yaxşı bilirlər"