İranın xarici işlər naziri Abbas Ərakçı Türkiyədə səfərdədir.
Bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Bildirilib ki, A.Ərakçı Türkiyəyə Suriyadan gəlib. O, Dəməşqdə Suriya Prezidenti Bəşər Əsədlə görüşdə son günlər həmin ölkədə baş verənləri müzakirə edib. Nazir rəsmi Tehranın Əsədi bütün istiqamətlərdə müdafiə edəcəyi barədə ismarışını çatdırıb.
Məlumata görə, iranlı nazirin dekabrın 2-də Ankarada Türkiyənin yüksək vəzifəliləri ilə görüşü planlaşdırılır.