AZ

Tokayev və Putin 6 saat təkbətək söhbət ediblər

Qazaxıstan və Rusiya prezidentləri Kasım - Jomart Tokayev və Vladimir Putin Astanada  altı saat təkbətək danışıblar.

Oxu24.com  xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Qazaxıstandakı səfiri Aleksey Borodavkin “Moskva -Astana: Yaradıcı şəhərlər” forumunda bildirib.

Putin noyabrın 27-28-də Qazaxıstana dövlət səfəri edib. Nəticədə iki ölkə liderləri tərəfdaşlığın dərinləşdirilməsinə dair 20-yə yaxın sənəd imzalayıblar.

"Rəsmi danışıqlardan əlavə, prezidentlərimiz arasında, hətta ən ümumi hesablamalara görə, altı saata yaxın davam edən qeyri-rəsmi danışıqlar da olub: onlar bir-biri ilə təkbətək ünsiyyətdə olublar",  - Borodavkin bildirib.

Seçilən
14
50
oxu24.com

10Mənbələr