AZ

Netanyahunun həyat yoldaşı Trampla görüşdü - Əsirlərin azad edilməsi müzakirə edilib

İsrailin baş naziri Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu ABŞ-ın 47-ci prezidenti seçilən Donald Trampla Qəzza zolağında israilli məhbusların azad edilməsini müzakirə etdiyini bildirib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Tramp və Sara Netanyahu Floridada şam yeməyində görüşüblər.
 
Görüşlə bağlı sosial media hesabından açıqlama verən Netanyahu ABŞ və İsrail arasındakı dostluq əlaqələrini müzakirə etdiklərini bildirib.

Netanyahu həmçinin qeyd edib ki, o, Qəzzadakı israilli məhbusların vəziyyətini də gündəmə gətirib və bu məhbusların azad edilməsi üçün təcili tədbirlər görülməli olduğunu Trampa çatdırıb.
 
Gülay
Seçilən
25
8
azxeber.com

9Mənbələr