AZ

Bu nazirlərimiz Azərbaycanda təhsil alıb - Pereira

Qvineya-Bisaunun Bakıya səfərə gələn nümayəndə heyətinin tərkibində, o cümlədən ölkənin rəhbər şəxsləri arasında vaxtilə Azərbaycanın ali təhsil müəssisələrini bitirən şəxslər var.

Axar.az xəbər verir ki, bunu Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bu ölkənin xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos Pinto Pereiran deyib.

Görüş zamanı o, Azərbaycan tərəfinin ali təhsil müəssisələrində Qvineya-Bisaudan olan tələbələrə xüsusilə mühəndislik, neft-mühəndisliyi və digər sahələrdə təhsil təqaüdlərinin ayrılması məsələsini qeyd edib.

Görüşdə neft və mədənçilik sahəsində əməkdaşlıq qeyd edilib, Azərbaycanın bu sahədə təcrübəsini bölüşməsi və geoloji kəşfiyyat işlərinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Seçilən
13
4
axar.az

5Mənbələr