Bakı. Trend:
Dekabrın 3-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə görə, sabahBakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağışyağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterliolacağı gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi iləəvəz olunacaq.
Havanın temperaturu gecə 6-8° isti, gündüz 8-10° isti olacaq.Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 769 mm civəsütununa enəcək. Nisbi rütubət 80-85 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağıgözlənilir. Dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüztədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim şərq küləyiəsəcək.
Havanın temperaturu gecə 2-6° isti, gündüz 7-12° isti, dağlardagecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.