AZ

Blinkenlə Fidan Suriyadakı döyüşləri müzakirə ediblər

Blinkenlə

ABŞ dövlət katibi Antoni Blinken Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə telefonladanışıb. Söhbət zamanı Suriyada vəziyyətin yenidən gərginləşməsi, üsyançılarla Bəşər Əsəd rejimi qüvvələri arasında döyüşlər məsələsi müzakirə edilib.

Reyting.az
-ın xəbərinə görə, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin bəyanatında deyilir ki, Blinken və Fidan Hələbdə və başqa yerlərdə gərginliyin azaldılması, mülki əhalinin və infrastrukturun qorunmasının zəruriliyindən danışıblar.

Bəyanatda qeyd olunur ki, Blinken və Fidan həmçinin Qəzzada davam edən humanitar səyləri, müharibənin dayandırılması və bütün girovların azad edilməsinin vacibliyini vurğulayıblar.

E. KAMAL
Seçilən
16
reyting.az

1Mənbələr