2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyədən İrana sement ixracı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 43,4 faiz azalaraq 10 milyon 620 min 75 ABŞ dolları təşkil edib.
Fins.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Nazirliyin açıqlamasına əsasən, 2024-cü ilin oktyabr ayında Türkiyənin İrana sement ixracı cəmi 1 milyon 62 min 88 ABŞ dolları olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 45,3 faiz azalma deməkdir.
Eyni zamanda, 2024-cü ilin yanvar-oktyabr aylarında Türkiyənin dünya bazarlarına ümumi sement ixracı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz azalaraq 3,6 milyard ABŞ dolları səviyyəsində qeydə alınıb.
Nazirlik əlavə edib ki, 2024-cü ilin oktyabr ayında Türkiyə sement ixracından 365 milyon ABŞ dolları gəlir əldə edib. Bu göstərici keçən ilin oktyabr ayı ilə müqayisədə 0,5 faiz artım deməkdir.
Bununla yanaşı, son bir il ərzində (oktyabr 2023 – oktyabr 2024) Türkiyənin sement ixracı 4,3 milyard ABŞ dollarına çatıb.
Fuad Mədətov
Fins.az