Reper Orxan Zeynallı növbəti dəfə konsertə hazırlaşır.
Qaynarinfo-nun verdiyi xıəbərə görə, sənətçi bu dəfə ölkənin əsas səhnəsi Heydər Əliyev sarayında hitlərini səsləndirəcək.
"Endorphin”in təşkilatçılığı ilə 24-25 yanvarda gerçəkləşəcək konsertə ilk iki gündə 1000-dən çox bilet satılıb.
Orxanı gecədə musiqi qrupundan əlavə kvartet müşayiət edəcək. Onun hitləri fərqli versiyalarda səsləndiriləcək.
Reper xüsusi olaraq konsert üçün yeni duetlər üzərində də çalışır.