AZ

Hakan Fidan Antoni Blinken və Feysəl bin Fərhan Əl Səud ilə telefonla danışıb

Xarici işlər naziri Hakan Fidan amerikalı həmkarı Antoni Blinken və Səudiyyə Ərəbistanının xarici işlər naziri  Feysəl bin Fərhan Əl Səud ilə telefonda Suriyadakı hadisələri müzakirə edib.

Hakan Fidan Blinkenlə görüşündə Türkiyənin bölgədə qeyri-sabitliyi artıracaq hər hansı inkişafa qarşı olduğunu və bu çərçivədə Suriyada gərginliyin azaldılmasının tərəfdarı olduqlarını bildirib.

Suriyada sülh və əmin-amanlığın bərqərar olması üçün rejim və müxalifət arasında siyasi prosesin yekunlaşmasının vacibliyini bildirən H.Fidan Türkiyə və Suriya vətəndaşlarına qarşı terror fəaliyyətinə əsla icazə verməyəcəklərini deyib.

Nazir Fidan Livanda atəşkəsin daimi olması üçün İsrailin verdiyi vədlərə əməl etməsi, Qəzzada da tezliklə atəşkəsin təmin edilməsi, bölgəyə humanitar yardımların çatdırılmasının vacibliyini vurğulayıb.

Görüşdə Ukrayna və Cənubi Qafqaz məsələləri də müzakirə olunub.

Xarici işlər naziri Hakan Fidan səudiyyəli həmkarı Əl Səud ilə telefon danışığında Suriyadakı son hadisələri müzakirə edib.



Seçilən
13
50
trt.net.tr

10Mənbələr